Bir Tələbə-Könüllülər Beynəlxalq Təhsil Sərgisində!
26.11.2016

Bir Tələbə-Könüllülər Beynəlxalq Təhsil Sərgisində!

1502

7-9 oktyabr tarixlərində "Baku Expo" Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan 10-cu Beynəlxalq Təhsil Sərgisi keçirilib. Sərginin BİRinci günü baş tutan açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər. Ceyhun Bayramov bildirib ki, bu il "Təhsil" sərgisi dünyanın 14 ölkəsindən 118 iştirakçını bir araya gətirib. Həmçinin sərginin müxtəlif təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinə töhfə verəcəyini, təhsilverən və təhsilalanlar üçün əlavə imkanlar yaradacağını da sözlərinə əlavə edib. 
Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyinin öz stendində Bir Tələbə-Könüllü proqramı da təqdim edilib. Stenddə sərgi ziyarətçilərinə "Bir" Tələbə-Könüllü proqramı barədə məlumat verilib və onları maraqlandıran suallar cavablandırıb. 3 gün davam edən Təhsil sərgisi ərzində Bir Tələbə-Könüllülər də fəaliyyət göstərdilər. Könüllülərimiz qonaqların qarşılanması, məlumatlandırılması, nəzarət, sərgi ziyarətçiləri üçün qeydiyyatın aparılması işlərində könüllü qismində iştirak ediblər. "Bir" Tələbə-Könüllülərimizin uğurlu fəaliyyəti və işlərini məsuliyyətlə yerinə yetirdikləri üçün onların hər BİRinə təşəkkür edirik!


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.