“Bir” tələbə-könüllülər Neymar Jr's Five ölkə üzrə finalında
09.05.2017

“Bir” tələbə-könüllülər Neymar Jr's Five ölkə üzrə finalında

964

6 may, Bakıda dənizkənarı bulvarda Neymar Jr’s Five beynəlxalq futbol turnirinin Azərbaycan finalı keçirilib. Finalda 16 komanda iştirak edib. Komandalar Azərbaycanın bir sıra regionların təmsilçiləri olub.

Gəncə, Lənkəran, Şəki və Bakı seçim mərhələlərindən, 330 komanda arasından, Milli finala yüksələn 16 finalçı Braziliyaya, Dünya finalına yollanmaq uğrunda mübarizə aparıblar. Final mərasimində tələbə-könüllülər təşkilatçılıq işlərində könüllü qismində fəaliyyət göstəriblər.

Qeyd edək ki, Neymar Jr’s Five beynəlxalq futbol turnirinin seçim mərhələlərinin başladığı müddətdən etibarən “Bir” Tələbə-Könüllü proqramının könüllüləri yarışın hər bir mərhələsində könüllü qismində iştirak ediblər. Seçim mərhələləri ardıcıl olaraq tələbə-könüllülərin də iştirakı ilə Lənkəran, Şəki, Gəncə şəhərlərində keçirilib. 

 

 


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.