“BİR” tələbə-könüllülərdən Prezidentin çağırışına dəstək!

Prezident İlham Əliyev martın 24-də Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına (AZTV) müsahibə verib:

"Yaşlı tənha insanların təminatını təchiz etmək üçün mənim göstərişimlə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin, - istər dərman preparatları olsun, istərsə də ərzaq, - biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq."

Beləliklə, Təhsil Nazirliyinin "BİR" tələbə-könüllüləri Prezident İlham Əliyevin çağırışına dəstək oldu və "Böyüklərimizi qoruyaq" adlı sosial aksiyaya start verildi!

Azərbaycan Respublikasının İqtisadiyyat NazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiAzərbaycan Respublikası Təhsil Nazirliyi və “Azərmaş” ASC-nin birgə təşəbbüsü, BİR tələbə-könüllülərin dəstəyi ilə yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyaya başlanır.

"Böyüklərimizi qoruyaq" sosial aksiyası xüsusi karantin dövründə yaşı 65-i ötmüş vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilində dəstək verilməsi məqsədi daşıyır.

Mənbə: https://president.az/articles/36241

Aksiya barədə ətraflı: www.konullu.edu.az/…/böyüklərimizi-qoruyaq-sosial-aksiyasın…

Biz BİRlikdə güclüyük!