“BİR” Tələbə-könüllüləri Beynəlxalq Xeyriyyə Gününü kimsəsiz uşaqlarla keçirdi!

“BİR” Tələbə-könüllü Proqramının könüllüləri 5 Sentyabr Beynəlxalq Xeyriyyə Günündə uşaq evinin sakinlərini ziyarət etdilər. Beynəlxalq Xeyriyyə Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2012-ci ildə elan edilib və əsas məqsədi insanları xeyriyyəçilik fəaliyyəti ətrafında birləşdirmək, yardıma və qayğıya ehtiyyacı olan insanlara diqqət yönəltməkdir. 
Bu günü qeyd etmək məqsədi ilə Şəki şəhər qarışıq tipli uşaq evini ziyarət edən tələbə-könüllülərimiz balacalara məxsusi onlar üçün hazırladıqları əl işlərini, eləcə də kitablar və digər hədiyyələr təqdim etdilər. Könüllülərimiz uşaqlar üçün müxtəlif oyunlar təşkil etdilər, onların şeir və mahnılardan ibarət çıxışlarını dinlədilər, birlikdə rəsm çəkdilər, uşaqların üzündə təbəssüm yaratdılar. 
“BİR” Tələbə-Könüllü platforması olaraq bu cür təşəbbüslərə tək BİR gün deyil, hər zaman önəm veririk. Bunun üçün fəaliyyətimizin #YAŞAT istiqaməti üzrə müxtəlif layihələr həyata keçirir və tələbə-könüllülərimizi qayğıya ehtiyyacı olan insanlara diqqət ayırmağa çağırırıq!