Şəki şəhərinin qonağı olan #BİR KÖNÜLLÜLÜK AKADEMİYASInın iştirakçılarını Proqramın koordinatorları Tural Abdullazadə və Ülviyyə Babazadə salamladı, BİR Tələbə-Könüllü Proqramı barəsində məlumat verdilər, #BİR Könüllülük Akademiyasının məqsədinin könüllülük fəlsəfəsi və dəyərlərinin təbliği, könüllülük standartlarının tətbiği və lider könüllülərin yetişdirilməsi olduğunu bildirdilər. Açılış mərasimindən sonra Akademiya iştirakçılarına “BİR” Tələbə-könüllü Proqramının hal-hazırda universitetlərdə fəaliyyət göstərən mövcud koordinatorları “BİRinci könüllü” və “BİRinci addım” adlı xüsusi təlimlər keçdilər, yeni dostları könüllülük fəaliyyəti ilə bağlı təlimatlandırdılar. Mədəni-əyləncəli tədbirlə #BİR KÖNÜLLÜLÜK AKADEMİYASInın #BIRinci günü başa çatdı. İştirakçıları isə qarşıda BİR-BİRindən maraqlı 5 gün gözləyir