“BİR” tələbə-könülllülər Türkdilli dövlətlərin 7-ci Zirvə Görüşünə könüllü dəstəyi göstərib!

Oktyabrın 14-də, Four Seasons oteldə keçirilən Türkdilli dövlətlərin 7-ci Zirvə Görüşü çərçivəsində Biznes
Forum keçirilib. 600-dən çox beynəlxalq və yerli şirkətlərin nümayəndələrinin, sahibkarların və
iqtisadiyyat nazirlərinin iştirak etdiyi bu Forumun təşkilinə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri öz
könüllü dəstəyini göstəriblər. =
Görüşdə türkdilli dövlətlərin sahibkarları arasında öz fəallığı ilə seçilən iş adamlarının xüsusi
olaraq mükafatlandırılıb. Belə ki, öz ölkəsindən əlavə daha iki türk dövlətində biznes quran,
işgüzarlığı ilə seçilən şirkətlər bu mükafata layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı
ölkəmizin 10 şəhərində yerləşən 40 ali və orta ixtisas təhsil müəssisəsini əhatə edir. 23,000-
dən artıq könüllü üzvə malik olan Proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran,
Quba, Göyçay, Mingəçevir, Şamaxıda keçirilmiş 500-dən çox müxtəlif səviyyəli tədbirləri
müşaiət etmiş, bir sıra tədbir və aksiyaları təşkil etmişdir. Könüllüləri vahid məlumat
bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən Proqram Azərbaycanda
könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir.