"Bir" tələbə-könüllülər Azərbaycan Könüllülərinin V Həmrəylik Forumunda iştirak edib.

Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu keçirilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 1-9 dekabr tarixində həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu” baş tutub. Forumda 750 “Bir” tələbə-könüllü iştirak edib. Bakı Konqres Mərkəzində keçirilən Forum ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə başlayıb. Sərgi zamanı təşkilatların fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub. 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Forumda Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra İttifaqın sədri Yusif Vəliyev tədbir iştirakçılarına AKTİ-nin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hər zaman olduğu kimi 2022-ci ildə də ölkə başçısı cənab İlham Əliyevin könüllülüyün təşviqi ilə bağlı müvafiq tapşırıqları əsas götürülərək həyata keçirilən fəaliyyətlərdən bəhs olunub. Tədbir çərçivəsində il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər “İlin Könüllüsü” mükafatı ilə təltif olunub. Tədbir çərçivəsində il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər “İlin Könüllüsü” mükafatı ilə təltif olunub. Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən tədbirin yekununda Azərbaycan könüllüləri adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanıb.