BİRinci addımını BİR ilə at!
28.08.2016

BİRinci addımını BİR ilə at!

1203

Fəal Tələbə-Könüllü həyatı YAŞAmaq, təbiətin qoynunda ÖYRƏNib-ÖYRƏTmək, Azərbaycanı KƏŞF edib, yeni dostluqlardan ZÖVQ ALmaq və “BİR” Tələbə-Könüllü Proqramının koordinatorlarından biri olmaq istəyirsənsə, bu fürsət SƏNİN üçündür.
Azərbaycanın 6 şəhərinin 18 Ali Təhsil müəssisəsini birləşdirən “BİR” Tələbə-Könüllü Proqramı fəaliyyətə başladığı gündən 11 000 tələbə arasında BİRlik yaratmağa nail olub.
"BİR" Tələbə-Könüllüləri 50-dən artıq müxtəlif kiçik və irimiqyaslı, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi BİR sıra tədbirlərdə könüllü qismində iştirak etmiş, Formula 1 Avropa Qran Pri yarışına dəstək olaraq, sürət həyəcanını öz üzərində hiss etmiş, “Olimpiya hərəkatı” və Futzal yarışlarında Könüllü olub, əsl idman həyacanını yaşamışdırlar.
İndi isə "BİR" Tələbə-Könüllü proqramı sizləri 6 gün davam edəcək #BİR KÖNÜLLÜLÜK AKADEMİYASI-na dəvət edir!
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə baş tutacaq #BİR KÖNÜLLÜLÜK AKADEMİYASI-da Proqrama daxil olan universitetlərin 2016/2017-ci təhsil ilinin ikinci kurs tələbələri iştirak etmək imkanı əldə edir!
Biz sizi idarəetmə bacarığını, natiqlik qabiliyyətini, komanda ruhunu formalaşdırmaq və əsl Tələbə-Könüllülük həyatını yaşamaq üçün bizimlə BİR olmağa dəvət edirik!
#BİR KÖNÜLLÜLÜK AKADEMİYASI-na SƏN də qoşul və Könüllü Ruhunu Hiss Et!
http://konullu.edu.az/az/tedbir/bir-könüllülük-akademiyası.html
Tarix: 2-7 sentyabr 2016-cı il
Məkan: Şəki şəhəri
Son müraciət tarixi:18.08.2016


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.