#BirKönüllü təşkilatı Astarada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan təhsil festivalında iştirak edib.

Tədbir Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Rayon Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Astara rayonunun dənizkənarı park-bulvar kompleksində təşkil olunub.


Festivalda “Bir Könüllü” Təşkilatının stendinə yaxınlaşan qonaqlara, təhsil ictimaiyyətinə, müəllimlərə və şagirdlərə könüllülərimiz tərəfindən təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verilib, müxtəlif hədiyyələr təqdim olunub.