BİRlikdə Müasir İncəsənəti Kəşf etdik!
30.08.2016

BİRlikdə Müasir İncəsənəti Kəşf etdik!

1270

“BİR” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə YARAT Müasir Incəsənət Mərkəzində 2 yeni sərginin BİR Tələbə-Könüllülər üçün nümayişi baş tutmuşdur. BİR Tələbə-Könüllülər YARAT İncəsənət Mərkəzinə təşkil olunan məlumat turu ərzində Müqavimət haqqında 300 söz və Kiçik yalanlar sərgiləri ilə tanış olaraq, müasir incəsənətin əsrarəngiz və bir o qədər də maraqlı aləminə səyahət etdilər. Sərgilərdən sonra hər bir sənət nümunəsi haqqında edilən müzakirələr könüllülər arasında fikir mübadiləsi yaratdı, hər bir könüllü öz düşüncələrini bölüşdü. YARAT Müasir İncəsənət mərkəzində bizimlə BİR olan könüllülərimizə təşəkkür edirik və onların hər birini gələcək tədbirlərimizdə də bizimlə BİR olmağa dəvət edirik .

Qeyd edək ki, “BİR” Tələbə-Könüllü proqramının “Kəşf et” istiqaməti üzrə bu cür tədbirlərimiz mütamədi olaraq keçiriləcək. 

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.