Bu tətili “Bir” ilə yaşa!

Aladdin Project təşkilatçılığı ilə keçiriləcək Yay Universitetində sən də könüllü ol!

Xarici tələbə və professor-müəllim heyətinin qatılacağı Yay Universitetində faydalı və maraqlı zaman keçirərək tətilə Bir rəng qat!

“Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” mövzusu olan Yay Universitetində təlimlər, seminarlar, qrup müzakirələr və müxtəlif mədəni proqramların keçirilməsi gözlənilir.

Yay Universiteti 24 iyul – 7 avqust 2016 tarixlərində Quba və Bakı şəhərlərində keçirələcək. Yay Universiteti zamanı könüllülər aşağıdakı fəaliyyətlərlə məşğul olacaq:

• Qonaqların hava limanında qarşılanması və yola salınması;

• Quba şəhərində keçiriləcək yay universiteti boyunca qonaqların müşayiət olunması və yarana biləcək sual/problemlərin həllində yardımın göstərilməsi;

• Mədəni proqramlar və ekskursiyalar zamanı qonaqların müşayiət olunması.

İştirak üçün seçim meyarları:

• 3-4 kurs tələbələri qatıla bilər;

• İngilis, alman, fransız, ərəb dillərini bilənlərə üstünlük veriləcək.

Tarix: 24 iyul – 7 avqust 2016

Keçiriləcək yer: Bakı və Quba şəhərləri

Son qeydiyyat tarixi: 15.07.2016

Aşağıdaki linkə daxil ol, qeydiyyatdan keç və bu fürsəti qaçırma!:

https://1konullu.typeform.com/to/fX290T