“EduCamp 2023” düşərgəsinin ikinci günü yekunlaşıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması” layihəsi çərçivəsində Quba rayonunda təhsil idarəetməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün təşkil edilən “EduCamp 2023” düşərgəsinin ikinci günü yekunlaşıb. 

Düşərgənin ikinci günündə ilk spiker Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyevanın təqdimatında “Təhsil sistemində fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafı” mövzusu üzrə məlumat və təlim sessiyası həyata keçirilib.

Günün ikinci hissəsində Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasovun təqdimatında “Təhsil sahəsində peşəkar təcrübə” mövzusunda informativ sessiya keçirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.