Əziz könüllülərimiz,Azərbaycan Gəncləri Günü münasibətilə silsiləvi şəkildə təşkil etdiyimiz "Gəncliyin Bir Həftəsi 5"layihəsi bu il də baş tutacaq!
Bəs sən artıq 5-ci dəfədir təşkil etdiyimiz "Gəncliyin Bir Həftəsi"nə qoşularaq nə qazanacağını bilirsən?
Layihə ərzində könüllülərimizi bir-birindən maraqlı ekskursiyalar,peşəkar kadrlar tərəfindən aktual mövzularda keçiriləcək təlimlər,müxtəlif idman növlərini əhatə edən oyunlar,maraqlı master-klasslar və əyləncəli tədbirlər gözləyir.
Qeyd edək ki, layihə müddəti ərzində aktiv iştirak etmiş könüllülərimizi böyük sürprizlər gözləyir!