“Beynəlxalq münasibətlər və Diplomatiya üzrə 2-ci Yay Məktəbi” nin ilk günündə iştirakçılar üçün Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqovun təqdimatında “Azərbaycanın xarici siyasəti“ mövzusunda sessiya təşkil olunub. Təlimin məqsədi Azərbaycanın müstəqil və tərəqqi etmiş xarici siyasətinin prinsiplərini, strategiyalarını və taktikalarını daha geniş auditoriya ilə bölüşmək, milli maraqlarını daha çox qorumaq və təmsil etmək üçün informasiya və anlayışı artırmaqdır.