• Gəncliyin BİR həftəsi gənc tələbə-könüllülər arasında maraq yaratdı
  • Gəncliyin BİR həftəsi gənc tələbə-könüllülər arasında maraq yaratdı
  • Gəncliyin BİR həftəsi gənc tələbə-könüllülər arasında maraq yaratdı
29.01.2019

Gəncliyin BİR həftəsi gənc tələbə-könüllülər arasında maraq yaratdı

317

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Axundova və BİR könüllü, BDU üzrə koordinator Kamran Əliyev CVN TV-də qonaq olublar. Verilişdə Proqramın təşkilatçılığı ilə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə keçirilən "Gəncliyin BİR həftəsi" adlı tədbir, fəaliyyəti, tələbə-könüllülər arasında yaratdığı maraqdan danışılıb. 

Tədbir 27 yanvardan 2 fevraladək davam edəcək. "Gəncliyin BİR həftəsi" gənc tələbə-könüllülərin  şəxsiinkişafının təmin olunması, dünyagörüşünün artırılması, könüllülük dəyərlərinin aşılanması və gənc tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirilməsi məqsədi daşıyır. "Gəncliyin BİR həftəsi"ndə hər gün Proqramın 6 istiqamətini təmsil edir.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.