•  “Gəncliyin bir həftəsi”ndə tələbə-könüllülər öyrənir və öyrədir

28.01.2019

“Gəncliyin bir həftəsi”ndə tələbə-könüllülər öyrənir və öyrədir

268

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə keçirilən"Gəncliyin BİR həftəsi" adlı tədbirə tələbə-könüllülərin böyük marağına səbəb olub. Belə ki, tədbirdə iştirak üçün 300-dən çox tələbə-könüllünün müraciəti qeydə alınıb.

Tədbirin ikinci günü Proqramın “Öyrət” istiqaməti çərçivəsində jest və işarət dili üzrə təlimçi Turan Məmmədli, həmçinin UNEC SABAH qrupları tələbəsi, BİR könüllü olan Mirgünay Bayramova tərəfindən “Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib. Sosial məsuliyyəti dəstəkləyən təlimdə 40-a yaxın tələbə-könüllü iştirak edib.

Tədbir 27 yanvardan 2 fevraladək davam edəcək.

"Gəncliyin BİR həftəsi" gənc tələbə-könüllülərin  şəxsiinkişafının təmin olunması, dünyagörüşünün artırılması, könüllülük dəyərlərinin aşılanması və gənc tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirilməsi məqsədi daşıyır.

"Gəncliyin BİR həftəsi"ndə hər gün Proqramın 6 istiqamətini (Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et, Zövq al) təmsil edəcək və çərçivəsində təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı baş tutacaq. 

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.