“Gəncliyin bir həftəsi” tələbə-könüllülər üçün unudulmaz bir gün keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə keçirilən "Gəncliyin BİR həftəsi" adlı tədbirə indiyədək 500-dən çox müraciət olub

Tədbirin beçinci günü Proqramın “Yaşa” və “Yaşat” istiqamətləri çərçivəsində istedadlı tələbə-könüllülərin və musiqiçi qonaqlarımızın ifasında möhtəşəm bir konsert proqramı keçirilib. Konsert proqramına 200-dən çox müraciət içərisindən 50 iştirakçı seçilib və xoş anlar yaşamaq üçün dəvət olunub. Həmçinin tədbir canlı video ilə paylaşılıb.

Tədbirdə musiqiçi qonaqlar Əli Faiq Mirzə, Şahin Əlizadə, Yusif Abbas və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin istedadlı tələbə-könüllüləri İradə Abişova, Nejla Qasımova , Cabir Əliyev , Kənan İmanov , Zibeydə Əliyeva iştirak edib.
 

Tədbir 27 yanvardan 2 fevraladək davam edəcək.

"Gəncliyin BİR həftəsi" gənc tələbə-könüllülərin  şəxsiinkişafının təmin olunması, dünyagörüşünün artırılması, könüllülük dəyərlərinin aşılanması və gənc tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirilməsi məqsədi daşıyır.

"Gəncliyin BİR həftəsi"ndə hər gün Proqramın 6 istiqamətini (Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et, Zövq al) təmsil edəcək və çərçivəsində təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı baş tutacaq. 

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.