”Gəncliyin Bir Həftəsi 5” çərçivəsində baş tutacaq futbol turnirinə hər birinizi dəvət edirik.
“Zuğulba” Tədris İdman Bazasında keçiriləcək futbol turniri gənc nəslin sağlam ruhda böyüməsinə töhfə vermək, eyni zamanda tələbələr arasında sosial əməkdaşlığın, komanda işinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği məqsədi ilə təşkil olunur.
“Gəncliyin Bir Həftəsi 5” çərçivəsində əyləncəli vaxt keçirməyə, komandanızla turnirə rəng qatmağa hazırsınızsa qeydiyyat linkinə keçid etməyin vaxtıdır.