"Gəncliyin Bir Həftəsi 5”də səni nə gözləyir?
Layihə çərçivəsində könüllülərimizi bir-birindən maraqlı ekskursiyalar, peşəkar kadrlar tərəfindən aktual mövzularda keçiriləcək təlimlər, müxtəlif idman növlərini əhatə edən oyunlar, maraqlı master-klasslar və əyləncəli tədbirlər gözləyir.
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Günü münasibətilə silsiləvi şəkildə hər il təşkil edilir. Fəaliyyətlərə qoşulmaq üçün səhifəni izləmədə qalın.