“Gəncliyin Bir Həftəsi 5” layihəsi çərçivəsində növbəti təlimimizi təqdim edirik!
Daxili kommunikasiya üzrə mütəxəssis, təlimçi Əli Xəlilovun təqdimatında üzvlərimiz üçün “Auditoriya qarşısında özünü ifadə etmək metodları” mövzusunda təlim təşkil olunur.
Təlimdə iştirak edən tələbələr auditoriya qarşısında özlərini daha səlis və özünəinamlı şəkildə ifadə etmək üçün əsaslı metodlar və təcrübələr əldə edəcəklər. Təlim tələbələrin ictimai münasibətlərini inkişaf etdirməyə və ictimai fəaliyyətlərində daha müvəffəq olmaqlarına töhfə vermək məqsədi ilə təşkil olunur.