"Hər yerdə BİR könüllü" müsabiqəsinin BİRincisi!

Tələbə-Könüllülər tərəfindən maraqla qarşılanan "Hər yerdə BİR könüllü" müsabiqəsinin qeydə alınan nəticələrinə görə qalib məlumdur. Müsabiqəmizin qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nicat Səmədov oldu! Xatırladaq ki, Nicat müsabiqəyə Bakı şəhərində göstərdiyi könüllülük fəaliyyətini əks etdirən video çarxla qatılmışdı: https://www.youtube.com/watch?v=39pMKdkhfyc&feature=youtu.be Beləliklə, video çarx 966 bəyənmə və 79 paylaşma ilə rəqibləri arasında BİRinci olmuşdur.
Qalibimiz bu gün “BİR” Tələbə-Könüllü Proqramı tərəfindən İPHONE və xüsusi hədiyyə paketi ilə mükafatlandırıldı. Nicat Səmədovu bir daha təbrik edir və uğurlarının davamını arzulayırıq!