12.12.2017

"Könüllü ol" layihəsi gəncləri öz ətrafında BİRləşdirdi

422

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində “Könüllü ol” layihəsi baş tutub. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilib. 
Layihənin məqsədi könüllülüyün ölkəmizdə təbliğ edilməsi, gənclərimizin könüllü qismində müxtəlif irimiqyaslı və digər ictimai və sosial tədbirlərdə iştiraka həvəsləndirilməsi, gənclərin milli və beynəlxalq səviyyədə həyata keçirilən könüllülük proqramları haqqında məlumatlandırılması və könüllü fəaliyyətə cəlb olunmasıdır. Tədbirdə "Bir" Tələbə-Könüllü proqramının meneceri Tural Abdullazadə də çıxış edib. Burada gənclərə “Könüllülük nədir?”, “Gənclərin beynəlxalq könüllülük proqramlarında iştirakı”, "Bir" Tələbə-Könüllü proqramı haqqında ətraflı məlumat verilib. Tədbir zamanı həmçinin “İlin könüllüsü” mükafatı layihəsinin təqdimatı keçirilib.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.