Fevralın 17-də "CAVAN" Gənclər Hərəkatı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı və ASAN Könüllüləri / ASAN Volunteers Təşkilatının təşkilatçılığı ilə LIBRAFF kitab mağazasında tələbə-könüllülər üçün "Könüllülük uğur formulu" kitabının ilk imza günü keçirilib.
İmza günündə kitabın müəllifləri Dr. Nadir Adilov və Elvin Pashayev tərəfindən imzalanmış kitablar könüllülük hərəkatında məzun olmuş, habelə hazırda könüllü olan tələbə-könüllülərə hədiyyə olaraq təqdim olunub.