Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Könüllülüyün BİR açarı” adlı layihə həyata keçiriləcək.
Layihənin məqsədi tələbə-könüllülərin dünya görüşünün artırılması, intellektual düşünmə qabiliyyətinin inkişaf etdirilməsi və komanda ilə işləmə bacarığının aşılanmasıdır.
Layihə onlayn olaraq “Zoom” və “Facebook” platformalarında təhsil müəssisələrinə uyğun olaraq formalaşdırılmış komandalar şəklində təşkil ediləcək.
“Könüllülüyün BİR açarı” adlı onlayn kvestdə intellektual suallar Qarabağa, şanlı və tarixi qələbəyə həsr olunub.
Layihədə iştirak edən tələbə-könüllülər sertifikat əldə edəcək. Həmçinin 1, 2, 3-cü yer üzrə ən yüksək dərəcəni əldə edən iştirakçılar mükafatlandırılacaq.
Qeyd edək ki, Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 24,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 600-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.