"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyində keçirilən ümumi yığıncaqdakı seçkilərin nəticələrinə əsasən ictimai birliyin yeni sədri və idarə heyəti seçilib.
Bu vəzifədə Ülvi Əlizadəni əvəzləyən İctimai Birliyinin yeni sədri Leyla Zeynalova bundan əvvəl İctimai Birliyin sədr müavini vəzifəsini icra edib.
Leyla Zeynalova 2018-2022-ci illərdə Azərbaycan Dillər Universitetində bakalavr təhsili almışdır. Tələbəlik illəri ərzində bir çox yerli və beynəlxalq layihələrin, təcrübə proqramlarının iştirakçısı olmuşdur. 2018-ci ildə "Bir Könüllü" Təşkilatında könüllü olaraq fəaliyyətə başlayıb, 2019-2021-ci illərdə isə təşkilatın layihələrin idarə olunması üzrə meneceri kimi fəaliyyət göstərərək könüllülərin inkişafı istiqamətində əhəmiyyətli layihələrin rəhbəri olmuş, mühüm təhsil layihələrinin təşkilində tələbə-könüllülərin fəal iştirakını təmin etmişdir.
Leyla xanımı yeni başlanğıc münasibəti ilə təbrik edir və İctimai Birliyə rəhbərlik etdiyi dövrdə tələbələrin daha da inkişafı və ictimai fəallığının artırılması istiqamətində layihələrin təşkilində yeni-yeni uğurlar arzu edirik!