Müasir İncəsənəti BİRlikdə Kəşf edək!
28.08.2016

Müasir İncəsənəti BİRlikdə Kəşf edək!

704

“Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə YARAT Müasir Incəsənət Mərkəzi sizi#Müqaviməthaqqında300söz və #Kiçikyalanlar sərgiləri ilə tanış olmaq üçün dəvət edirik!
Belə ki, sizin 2 yeni sərgini seyr edə bilmək imkanınız yaranır:

“Kiçik yalanlar”– xoş niyyətlər naminə işlədilən yalanlar, uydurma tarixçələr və məyusluq aləminə bir səyahətdir. Bu sərgi XX əsrin iki ən böyük siyasi "həqiqət"ini – addımbaşı səslənən yalanlara, saxta qəhrəman obrazlarına və qondarma metaforalara müraciət edən iki siyasi təcrübəni qarşı-qarşıya çıxarıb toqquşdurur.

“Müqavimət haqqında 300 söz” iki cür müqavimətin mövcudluğundan irəli gəlir: həm şəxsi olur, haəm də siyasi. Vətəndaş cəmiyyətinin quruluşunda müqavimət mühüm sosial vəzifə daşıyır. Bu sərgidə yeddi gənc Azərbaycan rəssamı müqavimət anlayışını araşdıraraq, ölkə gənclərini düşündürən əsas mövzuları təqdim edirlər. Həmin məsələlər arasında gender münasibətləri, mədəniyyət stereotipləri və sosial-siyasi əminsizlik kimi mövzuların adını çəkmək olar.

Tarix: 25.08.2016
Vaxt: 16:00
Məkan: YARAT Müasir Incəsənət Mərkəzi


Sən də bu fürsəti dəyərləndib «Bir» Tələbə-Könüllü Proqramı ilə BİRlikdə sərgidə iştirak edərək, incəsənətin dərinliklərini KƏŞF ET! 

Müraciət linki: http://konullu.edu.az/az/tedbir/müasir-incəsənəti-birlikdə-kəşf-edək.html 
#birkonullu #eduaz #minedu #yarat #keshf_et


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.