“MathCamp 2023” tələbə düşərgəsinin ikinci günü uğurla yekunlaşıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması” layihəsi çərçivəsində Quba rayonunda riyaziyyat və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün təşkil edilmiş “MathCamp 2023” tələbə düşərgəsinin ikinci günü uğurla yekunlaşıb. 

Düşərgənin ikinci günündə Xəzər Universitetinin müəllimi, Riyaziyyat və Mexanika İnstitunun doktorantı Vüsal Osmanovun təqdimatında “Say sistemləri”, “Eyler və Hamilton qrafları”, “Birləşmələr nəzəriyyəsi” mövzuları üzrə təlim sessiyası keçirilib.


Günün ikinci hissəsində Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin müəllimi, “Elm” İctimai Birliyinin sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Səbuhi Abdullayevin təqdimatında “Qeyri-səlis Lütfi Zadə məntiqi və klassik Aristotel məntiqi” mövzusunda informativ məlumat sessiyası keçirilib.