“Məktəbli könüllü” proqramı barədə məlumatlandırma sessiyaları davam edir!
“Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəbli könüllü” proqramı çərçivəsində məktəb şagirdləri üçün növbəti görüş Bakı şəhəri, C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə baş tutub.
Görüşdə məktəb şagirdlərinə proqramın məqsədi, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər barədə ətraflı məlumat verilib, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sonda məktəb şagirdləri üçün təşkil edilmiş komanda oyunları böyük maraqla qarşılanıb.