Milli Paralimpiya Komitəsi tərəfindən “Bir” Tələbə-Könüllü proqramına təşəkkürnamə verildi

Milli Paralimpiya Komitəsində 13 -14 may tarixlərində Bakı şəhərində keçirilmiş para cüdo idman növü üzrə “IBSA JUDO GRAND PRIX BAKU 2019” yarışının uğurla həyata keçirilməsində fəallıq göstərən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının nümayəndələri, fiziki məhdudiyyətli könüllülər və İctimai TV-nin bir qrup işçiləri ilə görüş keçirilib.

Görüşdə Komitənin prezidenti İlqar Rəhimov Qran Pri yarışında Proqramın təşkilati və könüllü dəstəyi xüsusi vurğulanıb və uğurlu fəaliyyətinə görə təşəkkür edilib. Komitə tərəfindən bütün “BİR” tələbə-könüllülər sertifikatlar ilə təltif olunublar. Həmçinin Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən “Bir” Tələbə-Könüllü proqramına təşəkkürnamə verilib.

“IBSA JUDO GRAND PRIX BAKU 2019” yarışında Təhsil Nazirliyinin 90-a yaxın “BİR” tələbə-könüllüsü fəaliyyət göstərib. “BİR” tələbə-könüllülər yüzlərlə xarici qonaq və idmançıların qarşılanması, müşayiət olunması və tədbir məkanının təşkilindəki uğurlu fəaliyyətləri ilə birlik nümayiş etdiriblər.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21,000-dən çox tələbə-könüllü üzvü var. Tələbələrin şəxsiinkişafı, asudə vaxtını səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması və könüllülərlə işin sistemləşdirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.