Minlərlə tələbə könüllü olmaq üçün BİRləşdi.
28.11.2017

Minlərlə tələbə könüllü olmaq üçün BİRləşdi.

2049

"Bir" Tələbə-Könüllü Proqramı tərəfindən 15 ali təhsil müəssisəsində 11.000-dən çox tələbənin iştirakı ilə keçirilən təqdimatlar başa çatıb. Təqdimatlar zamanı tələbələrin böyük əksəriyyəti könüllü olmaq üçün www.konullu.edu.az portalından qeydiyyatdan proqrama qoşulub.

Tələbələrin böyük maraqla qatıldığı təqdimatlar zamanı iştirakçılara “Bir” Tələbə-Könüllü Proqramı, ölkəmizdə könüllülük fəlsəfəsi, proqramın əsas istiqamətləri və proqramın fəaliyyətlərində iştirak imkanları haqqında məlumat verilib. İnteraktiv üsulla keçirilən təqdimatlar zamanı tələbələr könüllük haqqında fikirlərini bölüşüb, kreativ təşəbbüslərlə çıxış ediblər.

“Bir” Tələbə-könüllü proqramının Azərbaycan Dillər Universiteti üzrə koordinatoru Səbinə Babayeva bildirir ki, proqramın bir parçası olmaqdan çox məmnundu: “Mən və dostlarım tələbəyik. Hər birimiz məktəbli vaxtlarımızdan tələbəliyə aid çoxlu xəyallar qurmuşuq. Mən bu proqrama qoşulmaqla təsəvvürümdəki tələbə həyatını yaşayıram. Burda olmaq, digər universitetlərdən olan koordinatorları tanımaq çox xoşdur.”

“Bir” Tələbə-könüllü proqramının Azərbaycan Dövlət Neft və Sənayə Universiteti üzrə koordinatoru Azad Axundov proqramın tələbələr üçün faydalarından bəhs edir: “Düşünürəm ki, tələbəlik illərində insan üçün ən vacib amillərdən biri boş vaxtlarını səmərəli keçirməkdir. Əlbəttə, bu zaman vaxtını “kiminlə və necə bölüşmək?” sualı yaranır. Bu proqram imkan yaradır ki, tələbə-könüllülər asudə vaxtlarını həm maraqlı, həm səmərəli, həm də həyəcanlı keçirsin.”

Təqdimatlar zamanı həmçinin "Bir" Tələbə-Könüllü Proqramı və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında “Formula 1” Avropa Qran Prisi çərçivəsində imzalanmış rəsmi əməkdaşlıq memorandumu əsasında tələbələrə “Formula 1” Avropa Qran Prisi zamanı könüllü olmağın üstünlükləri haqqında məlumat verilib. Təqdimatlar nəticəsində tələbələr “Formula 1” Avropa Qran Prisində könüllü olmağa böyük həvəs və maraq göstəriblər.

Məlumat üçüb qeyd edək ki, 7 mart 2016-cı il tarixində "Bir" Tələbə-Könüllü Proqramı və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında “Formula 1” Avropa Qran Prisi çərçivəsində rəsmi əməkdaşlıq memorandumu imzalanmışdır. Əməkdaşlıq haqqında memorandum Təhsil naziri Mikayıl Cabbarov və Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmşdır.

 

 Xatırladaq ki, “BİR” Tələbə-Könüllü Proqramı ölkədə növbəti illərdə həyata keçiriləcək bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə-könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb.

 


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.