Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransa BİR könüllü dəstəyi

Bu gün Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransının  (IDEC) açılış mərasimi keçirildi.

15-17 aprel tarixlərində keçiriləcək Beynəlxalq Konfransın təşkili, qonaqların qarşılanması üzrə işlərə təcrübəli və yüksək dil biliklərinə malik olan BİR könüllülər tərəfindən dəstək verilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə baş tutur.

 “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi”nə hədəflənmiş Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.

Beynəlxalq Konfransa Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və ASAN xidmət könüllü dəstəyi verir.

 Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.