“OlympicMoves” idman proqramının yeni mövsümünə birlikdə start verdik!

Bu gün Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdmanın birgə tərəfdaşlığı ilə icra olunan “OlympicMoves” məktəblilərin kütləvi idman proqramının yeni mövsümünün təqdimat mərasimi keçirilib. “OlympicMoves” proqramının yeni mövsümü ilə bağlı video-çarxın təqdimatından sonra tədbirdə MOK, Təhsil Nazirlyi,Gənclər və İdman Nazirliyi, həmçinin “Coca-Cola” şirkəti arasında “OlympicMoves” çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. 
Tədbirdə "Bir" Tələbə-Könüllülər qonaqların qarşılanması və digər işlərdə könüllü qismində fəal iştirak etdilər.