Onlar bizim üçün evdə qalmır, sən onlar üçün #evdəqal və #birteshekkur ilə minnətdarlığını ilə bildir!
28.03.2020

Onlar bizim üçün evdə qalmır, sən onlar üçün #evdəqal və #birteshekkur ilə minnətdarlığını ilə bildir!

358

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşəbbüsü ilə #birteshekkur adlı onlayn fləşmoba start verilib.

Martın 25-də “Görünən və görünməyən qəhrəmanlara #birteshekkur” devizi ilə başlayan kampaniya paylaşdıldığı andan etibarən sosial şəbəkələrdə 200-dən çox insan tərəfindən paylaşılıb, 15 mindən çox baxış sayı əldə edib. Həmçinin, Bakıdan başqa Gəncə, Mingəçevir, Lənkəran, , Şamaxı, Quba, Masallı, Sumqayıt, Göyçay, Şəki şəhərlərindən olan insanlar da fləşmoba dəstək verib.

Bildiyiniz kimi, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yaradabiləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Koronavirusla mübarizə aparan görünən və görünməyən qəhrəmanlara həsr olunan onlayn fləşmob çərçivəsində bütün insanlar bu şəxslərə öz təşəkkürlərini bildirəcəklər.

Fləşmob çərçivəsində #birteshekkur ediləcək şəxslərə Koronavirusla rəğmən işlərinə fasilə verməyən, insanlara dəstək olan iş, peşə sahiblərinə, həkim və tibb bacıları, aeroport işçiləri, əczaçılar, mühafizəçilər, polislər, hərbiçilər, könüllülər, satıcılar, səhiyyə işçiləri və s. daxildir.

Onlayn fləşmoba qoşulmaq üçün:

  • Görünən və görünməyən qəhrəmanlar üçün xoş sözlərini yaz və ya onlara mahnı həsr et;
  • #birteshekkur və #birkonullu həştəqlərini əlavə et,
  • Ən az 3 könüllü dostunu işarələrək fləşmoba dəvət et;
  • Öz səhifəndə hamıya açıq şəkildə (public) paylaş;

#birteshekkur fləşmobuna qoşulan insanlar yuxarıda qeyd olunan görünən və görünməyən qəhrəmanlara təşəkkür edir, xoş ürək sözlərini yazır, şəkil, video paylaşır və dostlarını da qoşulmağa çağırırlar. Sizləri də fləşmoba qoşulmağa, görünən və görünməyən qəhrəmanlara #birteshekkur etməyə dəvət edirik!

 


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.