• QHT şurasının maliyyə dəstəyi ilə tələbə-könüllülər üçün “Postpandemiya dövründə birlik” adlı layihə davam edir
  • QHT şurasının maliyyə dəstəyi ilə tələbə-könüllülər üçün “Postpandemiya dövründə birlik” adlı layihə davam edir
  • QHT şurasının maliyyə dəstəyi ilə tələbə-könüllülər üçün “Postpandemiya dövründə birlik” adlı layihə davam edir
08.09.2020

QHT şurasının maliyyə dəstəyi ilə tələbə-könüllülər üçün “Postpandemiya dövründə birlik” adlı layihə davam edir

119

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə “Postpandemiya dövründə birlik” adlı layihə çərçivəsində təlimlər davam edir.

Layihənin məqsədi “COVID-19” pandemiyası ilə bağlı tələbə-könüllülər arasında maarifləndirmə işlərinin aparılması, tələbə-könüllülərin həyat keyfiyyətlərini yüksəltmək, karyerada uğur qazanmaq, bilik və bacarıqlardan düzgün istifadə etməyə şərait yaratmaqdır.

Layihə çərçivəsində pandemiyadan sonrakı həyat tərzi, təhsil və karyera mövzularını əhatə edən təlimlər keçirilib. Keçirilən üç  təlim sessiyası Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov və Azərbaycan İnsan Resursları Assosiasiyasının idarə heyətinin üzvü və Beynəlxalq Əmək Təşkilatı,Birləşmiş Millətlər Təşkilatlarının İnkişaf Proqramının təlimçisi Saleh Həsənovun iştirakı ilə baş tutub.

Keçirilən təlimlərdə ümumilikdə 380-dən çox tələbə-könüllü iştirak edib.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.