QHT şurasının maliyyə dəstəyi ilə tələbə-könüllülər üçün “Postpandemiya dövründə birlik” adlı layihə həyata keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə “Postpandemiya dövründə birlik” adlı layihənin icrasına başlanılıb.

Layihənin məqsədi “COVID-19” pandemiyası ilə bağlı tələbə-könüllülər arasında maarifləndirmə işlərinin aparılması, tələbə-könüllülərin həyat keyfiyyətlərini yüksəltmək, karyerada uğur qazanmaq, bilik və bacarıqlardan düzgün istifadə etməyə şərait yaratmaqdır.

2 ay müddətində həyata keçiriləcək layihə pandemiyadan sonrakı həyat tərzi, təhsil və karyera mövzularını əhatə edəcək və hər istiqamət çərçivəsində təlim, görüşlər baş tutacaq.

Layihə çərçivəsində iştirak edəcək tələbə-könüllülər üçün sessiya günlərinə əsasən qeydiyyat linki açılacaq. Hər sessiya üçün qeydiyyatdan keçmiş və tələblərə uyğun olan 100 nəfər layihədə iştirak etmək hüququ qazanacaq. Layihə aşağıda qeyd edilən 3 əsas mövzu və 6 alt mövzusu olan sessiyalardan ibarət olacaq. Hər sessiyada bir spikerin çıxışı nəzərdə tutulub.

Layihənin sonunda bağlanış mərasimi keçiriləcək və tələbə-könüllülər arasında “Öz həyat tərzini karantin dövründə necə məhdudlaşdırmamaq olar?” mövzusunda müzakirə təşkil ediləcək.