SAF (STEAM Azerbaijan Festival) 2022 layihəsinə 250 “Bir” tələbə-könüllü dəstək göstərir.
Azərbaycan Respublikası Elm və Təshil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Baku Expo Mərkəzində keçirilən SAF (STEAM Azerbaijan Festival) 2022 layihəsinə 250 “Bir” tələbə-könüllü dəstək göstərir
Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.
Məlumat üçün bildirək ki, noyabr ayından etibarən təlimlərə dəvət olunan tələbələr xarici qonaqların qarşılanması, transport, tədbir məkanının təşkili, kütlənin idarə edilməsi və.s istiqamətlərdə dəstək göstərirlər.