"StudentFests 2023" tələbə düşərgəsinin iştirakçılarına Azərbaycan Könüllü Təşkilatları İtttifaqının təlim dəstəyi ilə Sona Çərkəzlinin təqdimatında "Auditoriya qarşısında çıxış" mövzusunda təlim sessiyası keçirilib.Təlim ərzində iştirakçılar geniş kütlə qarşısında axıcı nitq qurmağı, stressi idarə etməyi və uğurlu kommunikasiya qurmağın sirlərini öyrəniblər. Günün davamında iştirakçılar müxtəlif idman oyunlarında yarışıblar, stolüstü oyunlar və musiqi axşamı ilə asudə vaxtlarını daha əyləncəli keçirə biliblər