“StudenFest 2023” yay düşərgəsində tələbə-gənclər əylənərək öyrəniblər.

Elm və Təhsil Nazirliyinin məktəbəqədər təhsilin təşkili və planlaması sektorunun müdiri İlahə Rəsulovanın təqdimatında “Məktəbəqədər təhsil” mövzusunda təlim həyata keçirilib. Təlim çərçivəsində iştirakçılara ən son təhsil yenilikləri və məktəbəqədər təhsil prosesinin inkişafı haqqında ətraflı məlumat verilib.Günün ikinci yarısında tələbələr maraqlı idman yarışları,musiqi axşamı və intellektual oyunlar vasitəsilə vaxtlarını səmərəli dəyərləndiriblər.