“StudentFest 2022” silsilə tələbə düşərgəsinin ikinci mərhələsinə start verilib.
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi Zuğulba tədris idman bazasında bütün ixtisaslar üzrə ali təhsil alan tələbələr üçün “StudentFest 2022” silsilə tələbə düşərgəsinin ikinci mərhələsinə start verib.
Açılış mərasimində elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev və “Bir Könüllü” təşkilatının sədr müavini Leyla Zeynalova iştirak edib.
Düşərgənin ilk günü Bakı Mühəndislik Universitetinin müəllimi Tahirə Salayeva, Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin əməkdaşları Niftalı Qasımlı və Elçin Hüseynov, Dövlət Məşğulluq Agentliyinin Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlının təqdimatında müxtəlif mövzularda informativ sessiyalar təşkil olunub.
Düşərgə çərçivəsində Təhsil İdman Mərkəzinin məşqçi-müəllimlərin və idman mütəxəssislərinin dəstəyi ilə müxtəlif idman yarışları və tələbələ üçün digər əyləncəli proqramlar təşkil olunub