"StudentFest 2022" tələbə düşərgəsinin 2-ci günündə!
"StudentFest 2022" tələbə düşərgəsinin 2-ci günündə iştirakçılar günə peşəkar məşqçi-müəllimlərlə birgə “isinmə hərəkətləri” ilə başlayıblar.
Daha sonra “Yüksəliş” müsabiqəsinin qalibləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov “Müasir dövrdə hüquqlarımız” və Elm və Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Turxan Süleymanov “Modern təhsilin özünəməxsusluğu” mövzusunda faydalı sessiyalar
keçiblər.
Günün sonunda isə tələbələr arasında müxtəlif idman yarışları, musiqili proqramlar təşkil edilib.