"StudentFest 2022" tələbə düşərgəsinin sonuncu günü!
"StudentFest 2022" tələbə düşərgəsinin sonuncu günü iştirakçılar peşəkar məşqçi-müəllimlərlə birgə Xəzər dənizinin sahilində, daha sonra isə idman zalında əzələləri inkişaf etdirən idman hərəkətləri ediblər.
Düşərgədə Layihələrin İdarə Edilməsi üzrə ekspert, II Yüksəliş müsabiqəsinin qalibi Nərgiz İsmayılova və “189 Taxi” şirkətinin rəhbəri Samir Kərimovun təqdimatında müxtəlif mövzularda informativ sessiyalar baş tutub.
Günün sonunda isə tələbələr arasında müxtəlif əyləncəli oyunlar, musiqili proqramlar təşkil edilib.