“StudentFest 2023” tələbə düşərgəsinin iştirakçıları Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun təqdimatında "İdarəetmə bacarıqları və liderlik" mövzusunda keçirilən təlimdə iştirak ediblər.

“StudentFest 2023” tələbə düşərgəsinin iştirakçıları Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun təqdimatında "İdarəetmə bacarıqları və liderlik" mövzusunda keçirilən təlimdə iştirak edərək sözügedən sahədə uğur əldə etməyin yollarını və liderliyin əsas prinsiplərini öyrəniblər. Günün ikinci yarısında iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” intellektual turniri keçirilib. Ardınca məşqçi-müəllimlərin və idmançıların müşaiyəti ilə tələbələr arasında stolüstü tennis, futbol, basketbol və voleybol turnirləri təşkil olunub.