“StudentFest 2023” yay düşərgəsinin ikinci istiqaməti – pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr düşərgəsi həyata keçirilib.

Düşərgə çərçivəsində Səidə Əhmədovanın təqdimatında “Yeniyetmə psixologiyası” və Xülya Cəfərovanın təqdimatında “Gözəl nitq – Uğurlu gələcək” mövzusunda təlim baş tutub. İlk təlim çərçivəsində  yeniyetmələrin özünü ifadə etmə və problemlərlə başa çıxma bacarığı kimi əhəmiyyətli məsələlər müzakirə edilib.İkinci təlimdə isə uğurlu iş fəaliyyətində nitqin rolu, iştirakçılara öz nitqini inkişaf etdirmək və nitqin təsirini artırmağa dair yeni perspektivlər barədə ətraflı izah verilib və gənclərin sualları cavablandırılıb