Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 23-28 noyabr tarixlərində “Şuşa - 2022: Gənclər Sülh Quruculuğunda” adlı beynəlxalq tədbir keçiriləcək.
Ümumilikdə 50 gəncin iştirak edəcəyi layihənin əsas məqsədi Şuşanın mədəniyyəti, tarixi, habelə şəhərin işğal dövründə maddi-mədəni irsinə vurulmuş zərər haqqında obyektiv məlumatların ictimayyətə çatdırılması, işğaldan sonrakı gələcək inkişaf perspektivlərinin və siyasi sülh mərkəzinə çevrilməsi potensialının tədqiqi edilməsidir.
6 günlük beynəlxalq tədbirdə könüllü kimi fəaliyyət göstərmək istəyirsənsə, indi müraciət et!
Fəaliyyətə daxildir:
Yerli və xarici qonaqların qarşılaması, istiqamətləndirilməsi, Azərbaycanın - Bakının və Şuşanın tarixi, mədəni irsi ilə tanışlıq zamanı hər bir sahə üzrə dəqiq, yoxlanılmış məlumatların çatdırılması, Bakı və Şuşa şəhərinin əvvəlcədən təyin edilmiş tarixi məkanlara ekskursiyaların (ekskursiya bələdçiliyi) təşkil edilməsi.
Qeydiyyat linki: https://forms.gle/zW8cKSj2zUoPkwrX9
Son müraciət tarixi: 13 noyabr, 2022-ci il