Şuşa - 2022: Gənclər sülh quruculuğunda

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 23-28 noyabr tarixlərində  “Şuşa - 2022: Gənclər Sülh Quruculuğunda” adlı beynəlxalq tədbir keçiriləcək.                    

Ümumilikdə 30 gəncin iştirak edəcəyi layihənin əsas məqsədi Şuşanın mədəniyyəti, tarixi, habelə şəhərin işğal dövründə maddi-mədəni irsinə vurulmuş zərər haqqında obyektiv məlumatların ictimayyətə çatdırılması, işğaldan sonrakı gələcək inkişaf perspektivlərinin və siyasi sülh mərkəzinə çevrilməsi potensialının tədqiqi edilməsidir. Əlavə olaraq tələbələrin işğaldan sonrakı dövrdə Şuşa şəhərində aparılan quruculuq işləri və şəhərin tarixi məkanları ilə yaxından tanış ola bilmələri üçün şəhərə ekskursiyalar təşkil ediləcək. 


İştirak üçün tələblər: 20-29 yaş aralığında olan lll və lV kurs bakalavrlar, magistratura və doktorantura səviyyələri üzrə təhsil alan tələbələr.


İxtisas sahələri: Beynəlxalq münasibətlər və diplomatiya, Siyasət, İnsan hüquqları, Beynəlxalq Hüquq, İctimai təhlükəsizlik və idarəetmə, Humanitar və sosial elmlər, Kommunikasiya və media elmləri, Jurnalistika və digər əlaqəli ixtisaslar.

Məkan: Bakı, Şuşa 

Tədbirin keçirilmə tarixi: 23-28 noyabr, 2022-ci il.

Son müraciət tarixi: 12 oktyabr, 2022-ci il. 

Qonaqlama (100%), qidalanma (100%) və səyahət (70%) xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq. 

Qeydiyyat linki: https://forms.gle/gautRjfjyEfpwzPL6