Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri
üçün təqdimatları davam edir.
Oktyabrın ayının 2-dən etibarən Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının indiyədək 27 ali
və orta ixtisas təhsili müəssisəsində təqdimatları keçirilib. Təqdimatlarda ümumilikdə 4000-dən çox
birinci kurs tələbələri iştirak edib və tələbələrin könüllülük və onun yaratdığı imkanlar, qazandırdığı
təcrübələr haqqında sualları cavablandırılıb. Təqdimatlar müddətində minlərlə tələbə-könüllü kimi
Proqrama üzv olub və “BİR” tələbə-könüllülərin sırasına qoşulub.
Həmçinin, növbəti təqdimat isə oktyabrın 22-də Azərbaycan Dillər Universitetində keçiriləcək.
Təhsil müəssisələrinin rəhbərliklərinin də iştirak etdiyi təqdimatlarda Təhsil Nazirliyinin “Bir” Tələbə-
Könüllü proqramı barədə tələbələrə ətraflı məlumat verib. Qeyd olunub ki, bu proqram olan 40 ali və
orta təhsil müəssisəsini əhatə edir. “BİR” tələbə-könüllü olmaq tələbələrə beynəlxalq idman
yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etməyə geniş şərait yaradır. Bundan başqa,
könüllü olmaq tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, karyera imkanlarının genişlədirməyə,
şəxsi inkişafı təmin etməyə, eləcə də komanda ruhunu formalaşdıran kollektiv oyunlarda yeni dostlar
qazanmağa imkan verir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı ölkəmizin 10 şəhərində
yerləşən 40 ali və orta ixtisas təhsil müəssisəsini əhatə edir. 23,000-dən artıq könüllü üzvə malik olan
Proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Şamaxıda
keçirilmiş 500-dən çox müxtəlif səviyyəli tədbirləri müşaiət etmiş, bir sıra tədbir və aksiyaları təşkil
etmişdir. Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət
göstərən Proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir.