• Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri Heydər Əliyev adına Böyük Dəbilqə turnirində BİRlik nümayiş etdiriblər

13.05.2019

Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri Heydər Əliyev adına Böyük Dəbilqə turnirində BİRlik nümayiş etdiriblər

194

10-12 may 2019-cu il tarixlərində Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo üzrə “Böyük Dəbilqə”  beynəlxalq turnirinin təşkilinə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək veriblər.

Tədbirin açılış mərasimində Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev iştirak edib.

31 ölkənin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirdə 40-a yaxın yüksək dil biliyinə malik “BİR” tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması, tədbir məkanının təşkil olunması işlərində uğurla fəaliyyət göstərib. Həmçinin təcrübəli “BİR” koordinatorlar tərəfindən beynəlxalq tədbirə təşkilati dəstək də verilib.

“Böyük dəbilqə” beynəlxalq turnirinin hər bir hissəsində iştirakçılar tələbə-könülüllərin dəstəyindən faydalanıblar. Sonda isə beynəlxalq turnirin idmançıları və qonaqları uğurlu fəaliyyətlərinə görə “BİR” tələbə-könüllülərə öz təşəkkürlərini bildiriblər.

Beynəlxalq turnirə təşkilati və könüllü dəstəyi Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı tərəfindən verilib. Tədbir üçün müraciət edən 300-dən çox tələbə-könüllü arasında xüsusi seçim və müsahibə mərhələsi keçirilib. Seçilən tələbə-könüllülər üçün Beynəlxalq turnirdən öncə təlim prosesi həyata keçirilib.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 450-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.