Tələbə-könüllülər Azərbaycan müəllimlərinin XV qurultayına dəstək oldular

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 70-ə yaxın könüllüsü Azərbaycan müəllimlərinin XV qurultayının işinə dəstək verib.

Tələbə-könüllülər qonaqların qarşılanması, məlumatlandırılması, yerləşdirilməsi, qeydiyyatın aparılması, təltifetmə mərasimi, həmçinin panel müzakirələri zamanı olan işlərin təşkilinə yardım ediblər.

Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən 200-dən artıq nümayəndə iştirak edib.

Təhsil naziri Ceyhun Bayramov tədbirin təşkilindəki uğurlu fəaliyyətlərinə görə tələbə-könüllülərə təşəkkür edərək, onların əməyini yüksək qiymətləndirdiyini vurğulayıb.