Aprelin 29-da ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Futbol üzrə VII Respublika çempionatı keçirilib.
Final oyununda Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun 2:1 hesabı ilə BDU-nun komandasının xeyrinə başa çatıb.ADBTİA-nın komandası ikinci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası isə üçüncü yeri qazanıb. Daha sonra komandalar kubok,medal və qiymətli hədiyyələrlə təltif olunublar. Həmçinin çempionatda fərqlənən iştirakçılar 5 nominasiya üzrə qiymətləndirilib.
ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilən çempionat da tələbə-könüllülər də təşkilati işlərdə könüllü qismində fəaliyyət göstəriblər .