Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-könüllü proqramının Gəncə şəhərində təhsil alan tələbə-könüllüləri 20 Yanvar faciəsinə həsr olunmuş abidəni ziyarət ediblər. Tələbə-könüllülər abidəni ziyarət edərkən gül dəstələri aparıblar və insanların hadisə barədə maariflənməsi məqsədilə 20 yanvar faciələrini əks etdirən kitablar paylayıblar.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.